YÜK TAKİSİSİ - YÜKDAŞIMA XİDMƏTLƏRİ

Etibarlı, sürətli və peşəkar komanda ilə yüklərinizin daşınması bu prosesdə sizi əlavə gərginlikdən azad edəcək. Belə ki, mebellərin, texnikaların, avadanlıqların evdən, ofisdən istənilən nöqtəyə daşınması, boşaldılması haqqında düşünmək lazım deyil. Şirkətimiz geniş avtomobil imkanına və peşəkar işçi qüvvəsinə malik olduğundan əşyalarınızın təhlükəsiz və operativ şəkildə yüklənməsi-boşaldılması prosesini tam rahatlıqla həyata keçirir. Daşınan əşyaların həcmindən asılı olmayaraq peşəkar fəhlə briqadamız sizin xidmətinizdə yorulmadan çalışacaqdır. Üstünlüklərimizdən biri də, siz yük daşınması üçün bizə müraciət etməklə, eyni zamanda böyük avadanlıqların quraşdırılması üçün usta xidmətimizdən, eyni zamanda da xüsusi qablaşdırma xidmətimizdən də kompleks halda yararlana bilərsiniz. Belə ki, bu halda etməli olduğunuz tək şey əşyaların köçürülmə nöqtələrini göstərməkdir. Nəzakətli və mədəni əməkdaşlarımız daşınma-yüklənmə-boşaldılma prosesində müştərinin fərdi tələbatlarını nəzərə almaqla yanaşı, onu mümkün olan ən mükəmməl şəkildə icra edir. Şirkətimiz təmin etdiyi təhlükəsiz və sərfəli qiymətli yükdaşıma xidmətinə nəzərdə tutulan vaxtda çatdırılmanı həyata keçirməyə zəmanət verir.  Gigiyenik təmizliyin hər sifariş öncəsi və sonrası həyata keçirilməsi də əşyalarınızın gigiyenik təhlükəsizliyini təmin edir. Bununla yanaşı, münasib qiymətimiz usta xidməti, qablaşdırma və anbar xidmətinə də şamil olunur. Bizi seçərək keyfiyyətlə tanış ola bilərsiniz.