QABLAŞDIRMA XİDMƏTİ

Şirkətimizin davamlı xidmətləri daxilində paketləmə və qablaşdırma xidməti də yer alır. Bu xidmət sayəsində təhlükəsiz, sürətli  və səliqəli daşınma, yerləşdirmə xidmətindən yararlana bilərsiniz. Sınma, cızılma ehtimalı olan yüklərinizi müxtəlif növ paketlərlə: strec, polietilen, karton və s. kimi materiallarla qablaşdırılması əşyalarınızın təhlükəsiz qalmasına imkan yaradır. Bununla yanaşı, kompakt qablaşdırma yük maşının, və ya anbarın həcmindən effektiv və tam istifadə etməyə şərait yaradır. Əşyaları və yükləri düzgün qruplaşdıraraq daha sonra onların boşaldılması və ya yerləşdirilməsi zamanı da asanlıq əldə etmiş olursunuz.