NİYƏ BİZ
NİYƏ BİZ

Şirkətimizin bütün avtomobilləri müasir naviqasiya və GPS monitorinq vasitələri ilə təchiz edilmişdir və bunun sayəsində yüklərin daşınmasının bütün mərhələlərinə nəzarət edilir.Yük daşımalarının həyata keçirilməsində yüksək etibarlılıq dərəcəsinin təmin edilməsi məqsədilə “Yük Express” MMC aparıcı sığorta şirkətləri ilə əməkdaşlıq edir.

Qiymət hesablanması zamanı həmişə müştərilərimizə anlayış göstərməyə çalışırıq. Məsafədən asılı olmayaraq qiymətlər sizin büdcənizə uyğun olaraq hesablanır. Bizim üçün əsas öncəlik müştəri məmnuniyyətinin hər zaman müsbət yöndə olmasıdır. Sizlərin bizə təkrar müraciəti bizim üçün əvəzsizdir.

Şirkətimiz yükün həcminə əsasən müxtəlif ölçüdə maşınlar təqdim edir. Yüklərin daşınması zamanı müxtəlif həcm və ölçüdə olan əşyaların təhlükəsiz daşınması həm də uyğun ölçülü maşın seçimindən asılıdır. Avtomobillərin şəhər daxilində bir neçə dayanacaq nöqtəsi olduğundan onlar istənilən ünvana operativ şəkildə yaxınlaşa bilirlər. Avtomobillərin maksimum çatma müddəti 1 saatdır.