KORPORATİV XİDMƏT

Şirkətimiz sahibkarlar və müxtəlif şirkətlər üçün Bakı şəhərində və Azərbaycan Respublikası ərazisində korporativ yükdaşıma xidmətləri göstərir. Belə ki, istər korporativ sorğuların dərhal cavablandırılması, istərsə də istirahət və ya bayram günlərin də xidmət göstərilməsi bu istiqamət üzrə böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı, korporativ müştərilərə daimi əməkdaşlıq zamanı xüsusi endirimlər təklif edirik. Sənədləşmə prosesinin bir gün içində – operativ həyata keçirilməsi də işlərinizi yubatmadan, axarlı davam etdirməmizə şərait yaradır. Üstünlüklərimizdən biri də, siz yük daşınması üçün bizə müraciət etməklə eyni zamanda usta xidmətimizdən, xüsusi qablaşdırma və paketləmə xidmətimizdən kompleks halda yararlana bilərsiniz.Bu sahədə olan böyük təcrübəmizlə deyə bilərik ki, yüklərinizin təhlükəsizliyi tam qorunur. Şirkət ünvanının şəhərdə və ya bölgədə olmasından asılı olmayaraq, şirkətimiz geniş avtomobil imkanına və peşəkar işçi qüvvəsinə malik olduğundan əşyalarınızın təhlükəsiz və operativ şəkildə yüklənməsi-boşaldılması prosesini tam rahatlıqla həyata keçirir. Respublika üzrə bir çox şirkətlərin işlərini uğurla başa vurmağımız və həmin şirkətlərin təkrarən bizə müraciət etməsi şirkətimizin korporativ yanaşmasından xəbər verir.